Macarıstandan Ukrayna vetosunun ləğv etmək üçün Aİ-yə  təklif

10:20 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı büdcəsindən Ukraynaya qarşıdakı 4 il ərzində 50 milyard dollarlıq yardımı əngəlləyən Macarıstandan vetonun ləğvi ilə bağlı yeni təklif gəlib.

Hafta.az-ın yazdığına görə, Macarıstanın baş naziri Viktor Orban Brüsselə Ukraynaya Aİ büdcəsindən deyil, hər bir ölkənin büdcəsindən milli gəlirinə nisbətdə yardım etməyi təklif edib.

“Əgər biz Ukraynaya kömək etmək istəyiriksə, o zaman bunu Aİ büdcəsinə zərər verməyəcək şəkildə etməliyik”, - Orban deyib. “Dörd il müddətinə Aİ büdcəsindən 50 milyard avronun əvvəlcədən verilməsi İttifaqın suverenliyinin və milli maraqlarının pozulmasıdır. Macarıstan hər bir ölkənin yükünü ümumi milli gəlirə görə hesablamağa razılaşmağa hazırdır. Sonra Macarıstan parlamenti ilə birlikdə Macarıstana ödənilməli olan məbləği dövlət büdcəsindən qarşılayacağıq. Bu Macarıstanın təklifidir. Brüssel bunu qəbul edərsə, Ukraynaya yardım büdcədən kənarda qalacaq. Əks halda, təəssüf ki, bu prosesi dayandırmaqdan başqa yolum qalmayacaq”, - o, əlavə edib.

Avropa Komissiyası Avropa İttifaqının yeddiillik büdcə planında növbəti dörd il ərzində Ukraynaya iqtisadi yardım üçün 50 milyard avro ayrılmasını təklif edib və dekabrın ortalarında keçirilən Aİ sammitində Macarıstan bu planın qarşısını alıb.

Avropa İttifaqı fevralın 1-də keçiriləcək fövqəladə sammitdə Macarıstanı razı salaraq Ukraynaya yardım planını təsdiq etməyi planlaşdırır.